ABŞ-nin Nyu-York şəhərinin (ABŞ) Bronks rayonunda 17 mərtəbəli yaşayış binasının iki mərtəbəsində yanğın baş verib.
"Report" "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, partlayışla müşayiət olunan yanğında bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Qeyd olunub ki, zərərçəkənlərdən biri ağır vəziyyətdədir.
Məlumata görə, yanğın nəticəsində təxminən 13 mənzilə ziyan dəyib.
Şəhərin meri Zöhran Mamdani bildirib ki, binadakı bütün kommunikasiyalar söndürülüb və 148 mənzilin sakinləri təxliyə edilib. Hakimiyyət orqanları onları yaxınlıqdakı məktəbə yerləşdiriblər.