IMG-LOGO

BƏƏ XİN: Rusiya-Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlar aparılıb

24 Jan 2026 18:16 4 baxış
IMG

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə keçirilən ikigünlük danışıqlar zamanı birbaşa əlaqə saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ABŞ-nin təklif etdiyi sülh sazişinin həll olunmamış elementlərinə diqqət yetiriblər.

"İki gün ərzində Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün davam edən səylər çərçivəsində misli görünməmiş üçtərəfli məsləhətləşmələr baş tutub. Müzakirələr konstruktiv və müsbət atmosferdə keçib. Danışıqlara ABŞ-nin təklif etdiyi sülh tənzimlənməsinin həll olunmamış elementləri, hərtərəfli sazişə nail olmaq üçün etimad quruculuğu tədbirləri ilə əlaqədar Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa təmas da daxil idi", - bəyanatda deyilir.

Qeyd edək ki, cümə və şənbə günləri Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.

Xəbər lenti