IMG-LOGO

İtaliya yeni il gecəsi yanan barın sahibinin həbsdən azad edilməsinə görə səfirini İsveçrədən geri çağırıb

24 Jan 2026 17:36 2 baxış
IMG

İtaliya yeni il gecəsi çoxsaylı ölümlə nəticələnən yanğının baş verdiyi bar sahibinin girov müqabilində azad edilməsi ilə bağlı məhkəmə qərarına etiraz əlaməti olaraq öz səfirini İsveçrədən geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"İtaliya rəsmi olaraq İsveçrədə yeni il gecəsi çoxsaylı ölümlə nəticələnən yanğının baş verdiyi bar sahibinin girov müqabilində azad edilməsi ilə bağlı etirazını bildirib. Roma, məhkəmənin qərarına etiraz əlaməti olaraq öz səfirini İsveçrədən geri çağırıb", - məlumatda qeyd olunub.

Jak Morretti və həyat yoldaşı Cessika - İsveçrənin Kran-Montana kurortundakı "Le Constellation" barının sahibləri - faciə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma və bir sıra digər cinayətlər ittihamı ilə istintaq altındadırlar. Yanğın nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb, onların əksəriyyəti yeniyetmədir.

Jak Morretti yanvarın 9-da saxlanılıb, lakin yanvarın 24-də məhkəmə onun girov müqabilində azad edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti