IMG-LOGO

Əfqanıstanda üç gün ərzində yağan qar və leysan yağışlar 60-dan çox insanın həyatına son qoyub

24 Jan 2026 15:19 3 baxış
IMG

Əfqanıstanda son üç gündə yağan qar və güclü yağışlar nəticəsində 61 nəfər həyatını itirib.

"Report"un xəbərinə görə, bu barədə Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Milli İdarəsi (ANDMA) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Son üç gündə qar və yağış səbəbindən yaranmış itki və dağıntılarla bağlı ilkin məlumatlara görə: 61 nəfər ölüb, 110 nəfər yaralanıb və 458 ev qismən və ya tamamilə dağılıb", - məlumatda bildirilir.

ANDMA-nın dərc etdiyi xəritəyə əsasən, ölüm halları çərşənbə gündən cümə gününə qədər olan müddətdə, əsasən ölkənin mərkəzi və şimal vilayətlərində qeydə alınıb.

Xəbər lenti