IMG-LOGO

Orban: Macarıstan Ukraynaya aydın ismarış göndərir - biz ödəməyəcəyik

24 Jan 2026 14:36 2 baxış
IMG

Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, onun ölkəsinin Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına "yox" demək hüququ var.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Ukrayna hücuma keçib. Onlar açıq şəkildə Macarıstan seçkilərinə müdaxilə etməklə hədələyirlər. Onların məqsədi maliyyə dəstəyi almaq və mümkün qədər tez bir zamanda Aİ-yə daxil olmaqdır. Avropa İttifaqının üzvü olaraq, Macarıstanın "yox" demək hüququ var. Bizim vətənpərvər hökumətimiz açıq şəkildə bildirir: "yox", - V.Orban yazıb.

O əlavə edib ki, Macarıstan hökuməti həmçinin macarların vergi ödəyicilərinin vəsaitlərinin Ukraynaya yönəldilməsini və ölkənin hərbi münaqişəyə cəlb olunmasını istəmir:

"Biz göstərməliyik ki, macarlara hədə-qorxu gəlmək olmaz. Biz Brüssellə yanaşı Kiyevə də aydın mesaj göndəririk: biz ödəməyəcəyik!".

Xəbər lenti