IMG-LOGO

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb

24 Jan 2026 13:49 2 baxış
IMG

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Sky News paylaşıb.

Məlumata görə, görüş yenidən qapalı qapılar arxasında keçirilir, müzakirələrin mərkəzində ərazi məsələsi dayanır.

Daha əvvəl "Reuters" agentliyi məlumat vermişdi ki, dünənki müzakirələrin nəticəsində tərəflər ərazi məsələləri üzrə kompromisə nail ola bilməyiblər.

Xəbər lenti