IMG-LOGO

Rusiyanın hücumundan sonra Ukraynanın Çerniqov vilayətində yüz minlərlə istehlakçı işıqsız qalıb

24 Jan 2026 11:07 2 baxış
IMG

Rusiya qüvvələri Ukraynanın Çerniqov vilayətinin Nejin rayonunda mühüm enerji obyektini zədələyib, nəticədə yüz minlərlə istehlakçı elektriksiz qalıb.

Bu barədə "Report" "Çerniqovoblenerqo"ya istinadən xəbər verir.

Şirkətin məlumatına görə, enerji mütəxəssisləri artıq elektrik təchizatının bərpası üzərində işləyir. Eyni zamanda qeyd edilib ki, təhlükəsizliklə bağlı çətin vəziyyətə görə işlər normaldan daha uzun çəkə bilər.

Bildirilib ki, istehlakçıların evlərinə işığı mümkün qədər tez qaytarmaq üçün əllərindən gələni edirlər.

Xəbər lenti