2025-ci ildə Azərbaycan Xorvatiyaya 1 milyon 255 min 021,2 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 666 milyon 587 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü il ilə müqayisədə 12,6 %, dəyəri isə 23,7 % azdır.
Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 5,4 % olub.
Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 091 milyon 147,5 min ABŞ dolları olan 23 milyon 381 min 284,8 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.