Ukrayna ABŞ-yə sülh planının yenilənmiş variantını təqdim edib.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
O qeyd edib ki, hazırkı variant Kiyev və Avropanın mövqelərini əks etdirmir, lakin son versiya da deyil.
Zelenskinin sözlərinə görə, orijinal 28 bəndlik plan 20 bəndə endirilib və redaktə prosesi davam edir. Bu 20 bənd iqtisadiyyat, bərpa və təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə sənədlərin hazırlanması üçün təməl təşkil edir.
"Məsələn, iqtisadi baxımdan Baş nazir Yuliya Svırıdenko, iqtisadiyyat naziri Oleksiy Sobolev, Baş nazirin müavini Taras Kaçka və digər mütəxəssislərin üzərində işləyəcəkləri bir neçə sənəd daxil olacaq", - deyə Ukrayna lideri fikrini yekunlaşdırıb.