IMG-LOGO

Gecənin ən diqqətçəkən ismi Nəsrin Cavadzadə oldu - SƏBƏBİ

11.12.2025 23:08 2 baxış
IMG
0 0

Həmişə cəsur tərzi ilə seçilən əslən azərbaycanlı aktrisa Nesrin Cavadzadə bu dəfə fərqli bir seçim edərək dünən iştirak etdiyi mükafat mərasiminə zərifliyi ilə damğa vurub. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa gecəyə tamamilə qapalı, boğazlı və yerə qədər uzanan bəyaz libasla qatılıb. Vücudu saran bu zərif geyim onun görünüşünə həm sadəlik, həm də incəlik qatıb.

"Al Yazmalım", "Küçük Ağa", "Bizim Hikaye", "Yasak Elma" və "Sandık Kokusu" kimi bir çox uğurlu layihədə rol alan Cavadzadə, mərasimdəki cazibədar görünüşü ilə diqqət çəkib.

Sosial media izləyiciləri də aktrisanın bu tərzini bəyənərək onu gecənin ən göz önündə olan adlarından biri kimi qiymətləndiriblər.

Nesrin Cavadzadə maqazin

Xəbər lenti