IMG-LOGO

5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

20.07.2025 22:53 12 baxış
IMG

Naxçıvanda 5 yaşlı uşaq binanın 5-ci mərtəbədən yıxılıb.

Lent.az APA-nya istinadən xəbər verir ki, ehtiyatsızlıqdan Naxçıvan şəhər sakini, 2020-ci il təvəllüdlü Heydərov Çinar Əmrəddin oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ç. Heydərov ağır dərəcəli kəllə-beyin travması alıb.

O, bu gün axşam saatlarında Bakıda yerləşən klinikaların birinə aparılıb, vəziyyəti ağır olaraq qalır.

Xəbər lenti