IMG-LOGO

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü

15 Jul 2025 02:14 165 baxış
IMG

Xaçmaz rayonunun ərazisindən keçən Gəndob–Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az APA-ya istinadən xəbər verir ki,  “Kamaz” markalı yük avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti