IMG-LOGO

“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu

14.07.2025 01:26 11 baxış
IMG

Bu gün Klublararası Dünya Çempionatının final görüşü baş tutub.

Apasport.az xəbər verir ki, həlledici matçda PSJ və "Çelsi" üz-üzə gəlib.

82500 nəfərlik "MetLife" stadionunda keçirilən görüşü iranlı hakim Əli Rza Fəqani idarə edib.

“Çelsi” 3:0 hesabı ilə qalib gələrək, Klublararası Dünya Çempionatının qalibi olub.

KDÇ - Final

PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 0:3

Xəbər lenti