Gəncədə-yol nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.