IMG-LOGO

Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA

02.07.2025 22:54 9 baxış
IMG

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Lent.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün Azərbaycanın 1 təmsilçisi xalçaya çıxıb. Günay Qurbanova (59 kiloqram) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçi almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.

Xəbər lenti