IMG-LOGO

"TIR" daş yüklü avtomobilə çırpıldı

26.06.2025 01:51 8 baxış
IMG

Yevlaxda iki yük avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "TIR" daş yüklü avtomobilə çırpılıb. Hadisə nəticəsində "TIR"-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti