IMG-LOGO

Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

24.06.2025 22:22 5 baxış
IMG

Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni komandası müəyyənləşib.

Lent.az xəbər verir ki, forvard Almaniya II Bundesliqa komandası "Kayzerslautern"lə razılaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 27 yaşlı hücumçu ilə üç illik müqavilə imzalanıb.

Mahir yeni komandasında 10 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Emreli son olaraq "Nürnberq"də çıxış edib.

Xəbər lenti