IMG-LOGO

Astarada bədbəxt hadisə - 2 yaşlı uşaq hovuza düşdü

11.06.2025 22:43 16 baxış
IMG

Astarada bədbəxt hadisə baş verib.

Lent.az-ın verdiyi xəbərə görə Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.

Yaxınları azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti