IMG-LOGO

Messinin yeni klubu açıqlandı

05.06.2025 03:39 16 baxış
IMG

"Qızıl top"un 8 qat sahibi Lionel Messi "İnter Mayami"ni tərk edə bilər.

Lent.az xəbər verir ki, jurnalist Flavio Azzaronun sözlərinə görə, "Barselona"nın keçmiş forvardı Argentina çempionatından "Nyuells Old Boyz" klubuna keçməyə qərar verib.

Məlumata əsasən, transfer 2025-ci ilin dekabrında baş tutacaq.

Daha əvvəl Messi özü karyerasını futbola başladığı klubda bitirmək istədiyini bildirmişdi.

Xəbər lenti