IMG-LOGO

Şəmkirdə avtomobil dərəyə uçdu, 5 nəfər ağır xəsart aldı - FOTO

02.06.2025 02:06 9 baxış
IMG

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Sərxan kəndi ərazisində sərt döngədə qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq 100-150 metr dərəyə yuvarlanıb.

Hadisə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə FHN-nın xilasediciləri cəlb olunub.

Avtomobildə sıxılmış vəziyyətdə olan Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Z. Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev, 1983-cü il təvəllüdlü N. Səfərov, 1991-ci il təvəllüdlü O. Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanov çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Onlardan 4-ünün vəziyyətinin ağır olması səbəbilə Gəncə şəhərinə aparılıb.

Xəbər lenti