IMG-LOGO

PSJ Çempionlar Liqasını qazandı

01.06.2025 01:03 11 baxış
IMG

Bu gün UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Lent.az  xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İtaliyanın “İnter” komandaları üz-üzə gəlib.

Almaniyada “Allianz Arena”da baş tutan finala saat 23:00-da start verilib.

Fransa təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub etməyi bacarıb və ilk dəfə bu titulun sahibi olub.

Xəbər lenti