IMG-LOGO

Xarkov və Dnepr dronlarının kütləvi hücumuna məruz qaldı

30.04.2025 02:02 8 baxış
IMG

Aprelin 29-u axşam saatlarında Xarkov və Dnepr şəhərləri Rusiya Ordusunun “Şahed” tipli kamikadze dronları ilə kütləvi hücumuna məruz qalıb. Lent.az "Unian"a istinadən xəbər verir ki, hadisə nəticəsində Xarkovda yaralıların sayı 30 nəfərə çatıb.

Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyası dron hücumlarından sonra şəhərdə bir neçə yanğının baş verdiyini, çoxsaylı fərdi yaşayış evlərinin zərər gördüyünü açıqlayıb. İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub. Şəhərlərin mülki infrastrukturlarına ciddi ziyan dəyib.

Xəbər lenti