"Barselona"nın əfsanəvi qapıçısı Viktor Valdes yenidən futbola qayıdıb.
Lent.az xəbər verir ki, mütəxəssis İspaniya IV Liqasında çıxış edən "Real Avila" ilə müqavilə imzalayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Keçmiş qapıçı 2026-cı ilin yayına qədər komandanı çalışdıracaq.
Onun son işyeri 2020/21 mövsümündə rəhbərlik etdiyi "Hurta" klubu olub.
Valdes futbolçu karyerası ərzində "Barselona", "Mançester Yunayted", "Midlsbro" kimi komandaların şərəfini qoruyub. O, İspaniya millisinin də heyətində yer alıb.