IMG-LOGO

Mədət Quliyev vəzifəsindən istefa verdi

24.04.2025 04:44 6 baxış
IMG

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Lent.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

Xəbər lenti