IMG-LOGO

Azərbaycan paraüzgüçüsündən NÖVBƏTİ MEDAL

07.09.2024 21:57 13 baxış
IMG

Paris-2024 Paralimpiya Oyunları davam edir.

Lent.az xəbər verir ki, paraüzgüçümüz Roman Saley növbəti medalını əldə edib.

O, S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc qazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finiş xəttinə üçüncü çatıb. Bu, onun Paralimpiadada 3-cü medalı olub.

Qeyd edək ki, Roman Saley bunadək Parisdə 1 gümüş və 1 bürünc medal qazanıb.

Xəbər lenti