IMG-LOGO

Kanalda boğulan Azərbaycan Ordusunun hərbçisinin meyiti tapıldı

27 May 2024 23:10 100 baxış
IMG

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçinin cəsədi sudan çıxarılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazovun cəsədi Samur-Dəvəçi-Abşeron su kanalından tapılaraq çıxarılıb.

Hərbçinin cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti