IMG-LOGO

Şabranda komaya düşən məktəbli xəstəxanada öldü

27 May 2024 22:12 94 baxış
IMG

Şabranda 6-cı sinif şagirdi Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Əliyev Rəhim Pənah oğlu tibb müəssisəsində dünyasını dəyişib.

Məktəblinin şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti