IMG-LOGO

Leysan yağacaq, dolu düşəcək - Hava XƏBƏRDARLIĞI

27 May 2024 15:55 181 baxış
IMG

Havanın dəyişəcəyi ilə bağlı daha bir xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Azərbaycanın rayonlarında

Mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Mənbə: lent.az

Xəbər lenti