IMG-LOGO

“Mançester Yunayted” FA Kubokunun qalibi oldu

25 May 2024 20:36 98 baxış
IMG

Bu gün İngiltərə kubokunda final oyunu baş tutub.

Lent.az xəbər verir ki, İngiltərə Premyer Liqasının çempionu olan "Mançester Siti" "Uembli"də stadionunda "Mançester Yunayted"lə qarşılaşıb. Görüşdə "qırmızı şeytanlar" "şəhərlilər"ə qalib gəliblər - 1:2. Bununla da "Mançester Yunayted" İngiltərə kubokunun qalibi olub.

İngiltərə kuboku, final

"Mançester Siti" - "Mançester Yunayted" - 1:2

Qollar: Doku, 87 - Qarnaço, 30, Maynu, 39

Xəbər lenti