IMG-LOGO

Külli miqdarda narkotikin İrandan ölkəmizə keçirilməsinin qarşısı alındı

25 May 2024 13:16 160 baxış
IMG

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Qeyd edilib ki, may ayının 24-də saat 01:25-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kiloqram 748 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: lent.az

Xəbər lenti