IMG-LOGO

Xiyar əkmək üçün alman üsulu: Məhsulunuz bol olacaq

02 May 2024 19:23 162 baxış
IMG

Son zamanlarda alman üsulu xiyar əkmək üçün insanlar arasında populyarlıq qazanır.

Lent.az xəbər verir ki, bu üsul bol məhsul əldə etməyin ən yaxşı yoludur. 

Bəs, alman üsulu xiyar əkini necə olur? 

Bir yarım kürək dərinliyi və bir yarım metr diametrli bir çuxur qazın. Çuxura biçilmiş otları, ağac yarpaqlarını və qurumuş budaqları qoyun və sıxışdırın. Daha sonra oranı su ilə doldururuq, torpaq qatı ilə örtürük. 

Xiyarları 40-50 sm aralıqlarla bir dairədə əkirik, təxminən 8 fidan alacaqsınız.

Kolların yanında paylar çəkirik. Təxminən 3 həftədən sonra çuxurun ortasına uzun bir çubuq və ya boru qoyuruq, yuxarıdan ip üçün bərkidicilər düzəldirik və xiyarları bağlayırıq. 

Nəticədə çox yaxşı məhsul əldə edəcəksiniz.   

Mənbə: lent.az

Xəbər lenti