IMG-LOGO

Mayk Taysonla məşhur bloger arasında döyüşün qaydaları AÇIQLANDI

30.04.2024 18:11 101 baxış
IMG

Əfsanəvi boksçu Mayk Taysonla məşhur bloger Ceyk Pol arasında döyüşün təşkilatçıları qarşıdan gələn döyüş üçün qaydalar toplusunu dərc ediblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 57 yaşlı Tayson və 27 yaşlı Pol iyulun 20-də Arlinqtonda (ABŞ) rinqdə döyüşəcək.

Döyüşün qaydaları:

1. Çəki kateqoriyası - super ağır çəki

2. İki dəqiqəlik səkkiz raund

3. Nokautlara icazə verilir

4. 14 unsiya qalın əlcəklər

5. Döyüşçülər dəbilqə taxmayacaqlar

6. Nəticə boksçuların peşəkar rekordlarına daxil ediləcək.  

Xəbər lenti