IMG-LOGO

“Dünyanın 100 ən gözəl qadını” siyahısında 3 türk aktrisa

30 Apr 2024 14:34 98 baxış
IMG

“TC Candler” və “Independent Critics” nəşrləri tərəfindən  hazırlanan “Dünyanın ən gözəl 100 qadını” siyahısına xaricdə pərəstişkarlarının sayı günü-gündən artan 3 türk gözəlinin də adları daxil eedilib. Onların üçü də məşhur aktrisalardır.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən il də siyahıda yer alan “ Qızılcıq şərbəti”nin  baş rol oyunçusu Sıla Türkoğlu türk gözəlləri arasında ən yüksək reytinqə malik ad olub.

Ondan sonra siyahıda  aktrisa Özge Yağızın adı çəkilib.

Hande Erçelin adı da  bu il yenidən siyahıya daxil  edili, lakin o 100 gözəldən ən sonuncusu hesab edilib.

 

Xəbər lenti