IMG-LOGO

İtkin düşən prokurorun meyiti tapıldı

30 Apr 2024 14:45 147 baxış
IMG

Rusiyanın Lipetsk vilayətində əvvəllər yoxa çıxan nəqliyyat prokurorunun rəis müavini Sergey Konyayev ölü tapılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Konyayevin 150 min dollara yaxın borcu olub.

Prokurorun aprelin 21-də itkin düşdüyü bildirilir. Konyayev sonuncu dəfə aprelin 18-də Yeletsdə, evindən çıxıb işə getmək üçün maşınına minən zaman görülüb və bir daha geri qayıtmayıb.

İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açıb. Prokurorun nəqliyyat üzrə müavini bütün rayonda axtarışa verilib.

Mənbə: lent.az

Xəbər lenti