IMG-LOGO

FHN bir sıra rayonlarda leysan yağışları ilə bağlı yaranan fəsadların aradan qaldırılması üçün tikinti işləri aparacaq

28 Apr 2026 12:32 4 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba və Xızı rayonlarında leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı təmir, bərpa və tikinti işləri aparacaq.

"Report"un xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Bildirilib ki, Xaçmaz rayonu, Xaçmaz şəhərində Koroğlu küçəsi 18 və Y.Şabanov küçəsi 9 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi, Xaçmazın Ləcət, Cığatay, Tel, Uzunoba kəndləri, İstisu qəsəbəsi, Xudat şəhəri, Yalama kəndi Xanoba kəndi və Xuray kəndində yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Həmçinin Qusar rayonunun Aşağı Ləgər kəndi, Əniq kəndi və Quxuroba kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Şabran rayonu, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi fərdi yaşayış evinin tikintisi, Xırdaoymaq kəndində, Borbor kəndində, Surra kəndində, Söhbətli kəndində, Çölquşçu kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Siyəzən rayonu, Siyəzən şəhəri, Seyfəddin Dağlı küçəsi 64, Xətai küçəsi 86 və Füzuli küçəsi 15 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi, Balaca Həmyə kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Eləcə də Quba rayonu, Quba şəhəri, H.Hüseynov küçəsi 19 ünvanında fərdi yaşayış evinin yenidən tikilməsi, Tülər kəndində, Kələbağ kəndində, Vladimirovka kəndində, Kunxırt kəndində, Raziyələr kəndində, Susay kəndində, Qaraçay qəsəbəsində, Qalayxudat kəndində, Xaspolad kəndində, İspik kəndində və Gənclər qəsəbəsində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Həmçinin Xızı rayonu, Sitalçay kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi də nəzərdə tutulub.

Xəbər lenti