IMG-LOGO

Litva ABŞ Ordusu kontingentinin artırılmasını mümkün hesab edir

09 Apr 2026 23:53 3 baxış
IMG

Vilnüs ölkədə yerləşdirilmiş ABŞ Ordusu kontingentinin artırılmasını mümkün hesab edir.

"Report" xəbər verir ki, bu barədə Litva Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deyvidas Matulyonis "Jinyu radiyas" radiostansiyasının efirində bildirib.

"Əgər amerikalılar həqiqətən də təşəbbüs göstərərək Litvada hərbi iştiraklarını artırsalar, bu, son dövrün ən vacib nailiyyəti olardı", - o qeyd edib.

D.Matulyonisin sözlərinə görə, bu qiymətləndirmələr Litvanın ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətlərinə qoşulmaq çağırışlarına imkanları daxilində cavab verməyə hazır olması ilə bağlıdır

"Bu, ikitərəfli prosesdir", - o əlavə edib.

Xəbər lenti