IMG-LOGO

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

03 Apr 2026 00:46 4 baxış
IMG
2 0

Sabah Bakının bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq.

Lent.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, 03.04.2026-cı il saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi) və Xətai rayonu (kənd Əhmədli yaşayış sahəsi, M.Hadi və Neapol küçələri) üzrə qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bakı, qaz, Azəriqaz, Binəqədi, Xətai

bakı qaz

Xəbər lenti