IMG-LOGO

Bakıda ana 16 yaşlı qızını EVDƏN QOVDU

21 Feb 2024 14:18 152 baxış
IMG

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızın anası onu evdən qovub.

Lent.az xəbər verir ki, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdəki paylaşımında bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, evdən qovulan qız müxtəlif ünvanlarda gecələməli olur.

M.Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyini məsələni diqqətdə saxlamağa çağırıb.

“Uşağın ailəsi ilə görüşüb vəziyyətin qiymətləndirilməsinə ehtiyac var", - o deyib.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, məsələni qurumun əməkdaşları nəzarətə götürüb.

Mənbə: lent.az

Xəbər lenti