IMG-LOGO

Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

21 Feb 2024 13:33 244 baxış
IMG

Ermənistan tərəfindən Kamil Zeynallının İnterpol xətti ilə axtarışa verilməsi inandırıcı gəlmir. Bu daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ya MBD çərçivəsində, hansısa axtarışı ola bilər. Amma beynəlxalq hüquqa görə, şəxs gedəcəyi ölkədə fundamental hüquqlarının pozulacağı təqdirdə yəni (ölkədə işgəncəyə, ədalətsiz araşdırmaya və.s)  məruz qalacağı və ya hər hansısa bir problemlə qarşılaşacağı halda o şəxsin həmin ölkəyə verilməsi mümkün ola bilməz. Burada “Avropa İnsan Haqları” konvensiyasının 2, 5 və 6-cı maddələrinin tələblərinin pozulması ilə də  müşahidə edilər. Belə ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh müqaviləsi bağlanılmayıb və  belə olan halda Azərbaycan vətəndaşının Ermənistana verilməsi real görünmür.

Lent.az xəbər verir ki, bu fikirləri hüquqşünas, “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev deyib. 

Onun sözlərinə görə, Kamil Zeynallının Ermənistana verilməsi üçün onun əməli həm Rusiyada, həm də Ermənistanda cinayət hesab olunmalıdır: 

“Erməni mətbuatının yazdığına görə Kamil Zeynallı işğaldan azad edilən ərazilərdə müharibə vaxtı hər hansı şəxsin ölümündə günahlandırılır. Burada da nəzərə almaq lazımdır ki, bu  ittiham olsa da belə hüququ əsas mövcud görünsə də, onun Ermənistana ekstradisiya olunması mümkün hesab edilmir. Çünki ittiham olunan xüsusatlar da Azərbaycan ərazisində baş verib. Beynəlxalq hüququn norma və prinsiplərinə və Azərbaycan qanunverciliyinə görə, əgər cinayət bizim ərazimizdə baş veribsə, cinayət işi üzrə istintaq Azərbaycana verilər.

Cinayət Məcəlləmizə görə, Azərbaycan vətəndaşı heç bir halda başqa ölkəyə verilmir: Bundan başqa Rusiya ilə Azərbaycan arasında MDB ölkələrinin hüquqi yardım, ekstradisiya işləri ilə başlı Kişinyov və Minsk konvensiyası hədlərində həyata keçirilir. Azərbaycan Respublikası ərazsində  baş vermis hadisəyə və Azərbaycan Respublikası vətəndaşının  Azərbaycanda ittiham olunma imkanı tanınmalıdır. Eyni zamanda Azərbaycan və Rusiya barasında stateji əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi də  mövcuddur. Bunu nəzərə alaraq əməl həm Rusiyada, həm də Azərbaycanda cinayət hesab edilsə iş üzrə istintaq ya Rusiyada aparıla ya da şəxs Azərbaycana verilə bilər.  Həm belnəlxaq konvensiyaların və əməkdaşlıq müqaviləsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı cinayət törədilməsində ittiham edilsə də  belə onun III ölkəyə deyil, Azərbaycana verilməsi məqsədə uyğundur. 

Rusiya və Azərbaycan arasında birgə istintaq qurupu yaradılması ilə bağlı qeyd etmək lazımdır ki, Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Kişinyov KONVENSİYA-sının 63-cü maddəsində  “Birgə əməliyyat-istintaq qruplarının yaradılması və fəaliyyəti” bağlı maddə var, lakin AZərbaycan bu maddəyə münasibətdə xüsusi rəydə qalmış və Konvensiyanın 63-cü maddəsinin Azərbaycan Respublikası üçün hüquqi qüvvəsi yoxdur”.

Mənbə: lent.az

Xəbər lenti