IMG-LOGO

Azərbaycanda məmur yol qəzasında öldü

20 Feb 2024 10:28 247 baxış
IMG

Ağdamda icra nümayəndəsi yol qəzasında ölüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

39 yaşlı Cabarrov Fərrux Nazim oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil  idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, F.Cabbarovun sürücülük hüququ olmayıb. Həmçinin, o avtomobili etibarnaməsiz idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti