Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq nazirliyin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Sizin brauzer video tagını dəstəkləmir. İrana yardım İrana qida məhsulları göndərildi İrana humanitar yardım

