Rusiya İran rəhbərliyi ilə daim təmasdadır, həmçinin Yaxın Şərqdəki münaqişədən təsirlənən ölkələrin rəhbərliyi ilə əlaqə saxlayır.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Biz İran rəhbərliyi ilə daim təmasdayıq və bu ölkə ətrafındakı vəziyyəti müzakirə edirik. Eyni zamanda, münaqişədən təsirlənən ölkələrin, o cümlədən Fars körfəzi dövlətlərinin rəhbərliyi ilə əlaqəni davam etdiririk", - o qeyd edib.
Peskovun sözlərinə görə, Rusiya ABŞ və İran arasındakı danışıqlarda irəliləyiş barədə məlumatlar fonunda vəziyyətin pisləşməsindən məyusluğunu ifadə edir.