ABŞ-nin Nyu-York ştatının şimal hissəsində kilsədə partlayış baş verib.
"Report" bu barədə "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir.
Hadisə nəticəsində rahib və hadisə yerinə gələn yanğınsöndürənlər də daxil olmaqla, beş nəfər xəsarət alıb.
"43 yaşlı rahib Brendon Pitts və Bunvill yanğından mühafizə xidmətinin dörd əməkdaşı müxtəlif xəsarətlərlə yerli xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, beş nəfərin vəziyyəti kritik, lakin stabildir", - deyə nəşr bildirib.
Polis partlayışla bağlı ilkin kriminal fəaliyyət əlamətlərinin olmadığını bildirib.