Portuqaliyanın "Portu" klubunun mətbuat xidməti Fransanın "Renn" komandasının yarımmüdafiəçisi Sekou Fofananı icarə əsasında transfer etdiklərini açıqlayıb.
"Report" xəbər verir ki, futbolçunun icarə müddəti 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Razılaşmanın şərtlərinə əsasən, "Portu" icarə haqqı olaraq 2 milyon avro ödəyəcək və Kot-d"İvuar millisinin üzvünü 17 milyon avro və bonuslar qarşılığında satın almaq öhdəliyini üzərinə götürüb.
Qeyd edək ki, Sekou Fofana 2025-ci ilin yanvarından "Renn"in formasını geyinir. O, cari mövsümdə Fransa Liqa 1-də 12 oyun keçirib və 1 qolla yadda qalıb.