IMG-LOGO

Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

18.09.2023 22:05 10 baxış
IMG

ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu ciddi risklər olması ilə izah edib.

“Vətəndaşlarımızın evlərinə qayıtmasını (əsir mübadiləsi çərçivəsində - Qeyd) alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib.

ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti