IMG-LOGO

Ərdoğan: "Məhdudiyyətlərə baxmayaraq, müdafiə sənayesində qlobal oyunçuya çevrildik"

18.09.2023 22:13 8 baxış
IMG

"Gizli və açıq məhdudiyyətlərə baxmayaraq, biz müdafiə sənayesində qlobal oyunçuya çevrildik”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin bu ilin ilk yarısında müdafiə sənayesi məhsullarının ixracı 2 milyard 400 milyon dollara çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib. Görüşdə həmçinin Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti