Qlobal iqlim dəyişikliyi və dünyada baş verən silahlı münaqişələr insanların QİÇS, vərəm və malyariyaya qalib gəlməsinə mane olur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun ekspertləri öz hesabatlarında bəşəriyyət üçün ən təhlükəli üç xəstəlikdən qurtulmağın uğursuz olacağını proqnozlaşdırıblar.
Təşkilatın baş icraçı direktoru Peter Sandın fikrincə, dünya 2030-cu ilə qədər fövqəladə addımlar olmadan bu xəstəliklərə son qoya bilməyəcək.
Mütəxəssislər deyirlər ki, iqlim böhranı və müharibələr beynəlxalq sağlamlıq təşəbbüslərinin inkişafına mane olur, buna görə də irəliləyiş yavaşlayır və planetdə yeni QİÇS, vərəm və malyariya halları qeydə alınmağa davam edir.
Amerikalı bioloqların proqnozlarına görə, 2070-ci ilə qədər Yer üzündə insanlar üçün təhlükəli minlərlə yeni virus peyda ola bilər. Alimlər aydınlaşdırıblar ki, bütün viruslar COVID-19 ilə eyni miqyasda pandemiyaya səbəb ola bilməz, lakin növlərarası xəstəliklərin sayı onların insanlara keçmə riskini artırır. Klimatoloqlar və infeksion xəstəliklər üzrə mütəxəssislər qlobal istiləşmənin insan sağlamlığı üçün təhlükə yaratdığı ilə razılaşırlar.
Mənbə: lent.az