IMG-LOGO

Meymun onu yedizdirən fermerin dəfninə gəldi

18.09.2023 19:15 13 baxış
IMG

Hindistanda qəribə hadisə yaşanıb.

Lent.az xarici mediaya xəbər verir ki, bir meymun onu bəsləyən fermerin dəfninə gəlib.

Məlumata görə, mərhum Chandanlal Verma əkinçi olduğu Qondia (Uttar Pradeş, Hindistan) kəndində yaşayırmış. O, vaxtının çox hissəsini tarlalarında keçirir, burada müxtəlif məhsullar yetişdirirmiş.

Ancaq onun əkin sahələrini ac heyvanlar dağıdırmış. Buna görə də o, vaxtının çox hissəsini yaxınlıqdakı daxmada keçirirdi. Belə ki, buradan əkin sahələrini asanlıqla izləyirdi. Verma orada olarkən hər gün yanına bir meymun gəlir, onunla yemək yeyirdi.

Ancaq kişi sentyabrın 10-da dünyasını dəyişib. Ailəsi və yaxınları onun evində dəfn mərasimi keçiriblər. Mərasim zamanı qəfildən orada kişinin bəslədiyi meymun peyda olub.

Meymun əvvəlcə mərhumun üzündəki pərdəni qaldırıb və gözlərinə baxıb. Mütəxəssislərin fikrincə, meymun bu hərəkəti özünü fermerin həqiqətən öldüyünə inandırmaq üçün edib. Daha sonra isə kişinin yoldaşına gedərək əlini onun dizinə qoyub. Bildirilir ki, o bununla qadına təsəlli verir və kədərini göstərib. 

Sözügedən hadisə sosial şəbəkələrdə diqqət çəkib.

 

Mənbə: lent.az

Xəbər lenti