IMG-LOGO

Mikayıl Cabbarov: "İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir"

24 Jan 2026 10:05 3 baxış
IMG

İnklüziv təhsil ekosistemi biliyə əsaslanan iqtisadi modelin qurulmasında əsas təməldir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Təhsil Günü münasibətilə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, təhsilin inkişafında gənclərin rolu və fəal iştirakı ölkənin tərəqqisində mühüm önəm kəsb edir: "Təsadüfi deyil ki, 2026-cı ildə Beynəlxalq Təhsil Günü bu mövzuya həsr olunub. İqtisadi modelin qurulmasında gənc nəslin töhfələrinin artırılması strateji əhəmiyyət daşıyır".

Xəbər lenti