IMG-LOGO

Pentaqon yaxınlığında pizza sifarişləri artıb

24 Jan 2026 05:57 2 baxış
IMG

Pentaqon ətrafındakı pizzaxanalarda çatdırılma tələbi artıb.

"Report"un xəbərinə görə, bunu "Pentagon Pizza Index"in məlumatları göstərir.

"Hazırlıq vəziyyəti ("DoughCon") 4. Gücləndirilmiş kəşfiyyat müşahidəsi", - portal bildirib.

Qeyd olunur ki, tələbat iki restoranda 50 %, digərində isə dərhal 179 % artıb.

Xatırladaq ki, Pentaqon yaxınlığında pizza tələbatının artımı daha əvvəl ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ələ keçirildiyini elan etdiyi 3 yanvarda müşahidə olunmuşdu.

Xəbər lenti